Cəfasını mən çəkdim, səfasını yad gördü.

One makes a chair and another sits on it. Ср. Кручина со мной, а счастье с другим. (Мучился я, а наслаждается другой.)
Cəfa çəkməyən səfanın qədrini bilməz.
cəfəng
OBASTAN VİKİ
Yad (roman)
Yad (fr. L'Étranger) – Fransa yazıçı Alber Kamü tərəfindən yazılmış roman. Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını verilmir. Romanın qəhrəmanı həyata və öz fəaliyyətinə yadlaşıb. Ancaq bu yadlaşmanın Alber Kamü üçün Marksist yadlaşma təlimi ilə əlaqəsi olmadığını vurğulamaq lazımdır. Buradakı yadlaşma Kamünün məşhur "absurd" fəlsəfəsindən doğur. Qəhrəmanın dediyi "hər kəs bilir ki, həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir, əslində 30, ya da 70 yaşında ölməyin fərqli olmadığını mən də bilirdim, çünki hər iki halda çox təbii olaraq başqaları yenə yaşayacaqlar və bu minillərlə davam edəcək (…) İnsan madam ki öləcək, bunun necə və nə zaman olacağının əhəmiyyəti yoxdur", – sözləri, müasir nihilizmin absurd anlayışı əsasında araşdırılmasıdır. Alber Kamünün "Yad" romanı Qanun Nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir (ISBN 2000110844639).
Yad Kennedi
Kennedi abidəsi (ivr. ‏יד קנדי‏‎) — İsraildə, Yerusəlim yaxınlığındakı Mateh Yehuda Bölgəsində yerləşən, 1963-cü ildə Texasın Dallas şəhərində öldürülən ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin xatirəsinə ucaldılmış abidə. 18 metr (59 ft) olan abidə, kəsilmiş ağac kötüyünə bənzəyir. Abidənin içərisində isə Kennedinin tunc relyefi, mərkəzdə isə əbədi alov var. Alov, 51 sütunla əhatə olunmuşdur, bu da ABŞ-nin 50 ştatını və Vaşinqtonu ifadə edir. ABŞ ştatlarının gerbləri (və Kolumbiya dairəsi) sütunların hər birində göstərilir, sütunlar isə incə şüşəli panellərlə ayrılır. Hal-hazırda abidəni eyni anda 100 nəfər ziyarət edə bilər. Abidə 1966-cı ildə Amerika yəhudi icmalarının bağışladığı vəsait ilə inşa edilmişdir. Kennedi abidəsi və ona bitişik gəzinti yerləri Kennedi Sülh Meşəsinin bir hissəsidir. İsraildə bir sıra abidələr üçün (məşhur Holokost xatirə muzeyi Yad Vaşem də daxil olmaqla) istifadə olunan yad sözü Yeşaya Kitabının 56-cı fəsli, 5-ci ayədən gəlir: "Evimdə və divarlarımda onlara bir xatirə və bir ad verəcəyəm" Abidə Yerusəlimdən 7 mil (11 km) uzaqlıqda, Hadassa Xəstəxanası ilə eyni istiqamətdə, Yerusəlim təpələrinin ən üstündə, 825 metr (2,707 fut) yüksəklikdə yerləşir.
Yad Vaşem
Yad Vaşem (ivr. ‏יד ושם‏‎) — İsrailin Holokost qurbanlarına həsr olunmuş rəsmi memorialı. Bu, öldürülən yəhudilərin xatirəsini qorumağa, nasistlərə qarşı mübarizə aparan yəhudilərə və ehtiyacı olan yəhudilərə fədakarlıqla kömək edən qeyri-yəhudilərə həsr olunmuşdur. Yad Vaşem həm də xüsusilə Holokost fenomeni və bütövlükdə soyqırım ilə bağlı araşdırma mərkəzi kimi xidmət edir.
Yad adam
Yad adam (türk. Yaban) — Türkiyə yazıçısı Yaqub Qədri Qaraosmanoğlunun romanı, türk ədəbiyyatında ziyalı-kəndli arasındakı uçurumu dilə gətirən nadir romanlardan biri. Əsər Birinci Dünya müharibəsində qolunu itirən türk zabiti Əhməd Cəlalın xatirələrindən ibarətdir. Hadisələr 1920-ci illər Türkiyə İstiqlaliyyat müharibəsini əhatə edir. Şərəfli döyüş yolu keçən türk zabiti müharibədən sonra sadiq əsgərlərindən birinin dəvətiylə onun kəndinə yollanır. Əsərdə hadisələr Anadolunun ucqar kəndlərindən birində Porsuq çayı ətrafında cərəyan edir. Əhməd Cəlal böyük qürurla vətən uğrunda mübarizədən, bu yolda necə can qoyduğundan danışsa da, kəndlilər onun bu söhbətlərini, fədakarlıqlarını laqeydliklə qarşılayırlar. Ə.Cəlal onlar üçün nə qədər can yandırsa da, onu öz aralarına almır, "yad adam" kimi baxırlar. Çox sevdiyi Əminə belə onu "yad adam", "gəlmə" hesab edərək, Mehmed Əlinin qardaşı İsmayılla evlənir. Kənddəki insanlar bütün sivilizasiyalardan uzaq, heç bir şeylə maraqlanmadan gündəlik öz işlərini görür, Əhməd Cəlal kimi "yad adam"ın vətənpərvərlik çağırışlarına etina etmirlər.
Yad qızı (roman)
Yad qızı - Orxan Kamalın yazdığı və 1960-cı ildə nəşr olunan roman. Müəllif romanı elə həmin ildə yazıb. Sosial sahədə şəxsiyyətin bütün cəhətlərini məharətlə ifadə edən Orxan Kamal təkcə küçələrdə çörək davası çəkən insanları deyil, evlərdəki ailə münaqişələrini də gözəl təsvir edən yazarlardandır. Orhan Kamalın məişət həyatına dair ən mötəbər kitablarından biri olan Yad qızı da cəmiyyətin ailə daxilindəki əksini mükəmməl şəkildə işləyib.
Yad əl sindromu
Yad əl sindromu (ing. Alien hand syndrome) — Alien əl sindromu olaraqda adlandırılan xəstəlik əllərdən birinin nəzarətdən kənar hərəkətlər etməsi kimi əlamətlərlə özünü göstərir. Kənardan baxıldığında bu hərəkətləri xəstənin etdiyini düşünmək olur, ancaq həmin hərəkətlər xəstənin istəyindən kənar edilir.
Yad et məni
Yad et məni — Əzizə Cəfərzadənin "Şirvan" trilogiyasının üçüncü və sonuncu kitabı olan tarixi romanı. Müəllif əsərin 1980-ci ildəki ilk nəşrini "Azərbaycanda Sovet hakimiyyəti qurulması uğrunda gedən mübarizədə inqilabın sədaqətli əsgəri" Əliheydər Qarayevin xatirəsinə həsr edib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Ədalət Rəsulova "Türkay" aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı olan "Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı"nda əsər barədə bu cür qeyd edir: "Yazıçının arxiv materiallarından məlum olur ki, romanda adı keçən Ağali Nasih Nişat Şirvaninin uzun müddət axtardığı oğlu olmuşdur." Filoloq Asifə Telmanqızı "Əzizə Cəfərzadənin bədii dünyası" adlı filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasında bu əsər barədə təhlilinin sonunda qeyd edir ki, bu romandan sonra Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı Ə. Cəfərzadəni o qədər ruhlandırmışdır ki, o, Sabir haqqında ayrıca roman yazmışdır ki, bu əsəri bədii tərcümeyi-hal da adlandırmaq olar. "Yad et məni" romanından fərqli olaraq “Sabir” romanı çoxplanlı deyil, təkplanlıdır və şairin həyat və mübarizəsini ön plana çəkir. Romanda XX əsrin əvvəllərində cərəyan edən hadisələrdən danışılır. Burada Abbas Səhhət, Mirzə Ələkbər Sabir və Ağəli bəy Nasehin obrazları yaradılmışdır. Abbas Səhhətin simasında vətəndaşlıq və xeyirxahlıq, Sabirin timsalında fədakarlıq və cəsurluq, Nasehin şəxsində təvazökarlıq və səmimilik kimi mənəvi-əxlaqi keyfiyyətlər inandırıcı detallar və ştrixlərlə əks olunmuşdur. Lakin yazıçı romanda əsas diqqəti A. Səhhətə yönəltməyə çalışmışdır. Filoloq Asifə Telmanqızı "Əzizə Cəfərzadənin bədii dünyası" adlı filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasında bu romanda Abbas Səhhətin simasında konkret bir şəxsin üstün əks olunduğunu, 3 dostun (A. Səhhət, M.Ə. Sabir, A. Naseh) portret cizgilərinin işləndiyini, birincinin xeyirxahlığı, ikincinin cəsurluğu, üçüncünün təvazökarlığının konkret cizgilərlə verildiyini bildirib. Filoloq A.T.Əliyeva "Bakı Universitetinin xəbərləri" jurnalındakı "Əzizə Cəfərzadə yaradıcılığında şifahi xalq ədəbiyyatı motivləri" məqaləsində bu əsərdən bayatı sitat gətirərək müəllifin təsvir etdiyi əhvalatların ruhuna uyğun bayatı seçib işlətməyi sevdiyini qeyd edib.
Mən-roman
Mən-roman (私小説, şişosetsu) – Yaponiyada bədii ədəbiyyat janrı. Bu janrda əsər müəllifin həyatında baş verən hadisələrə əsaslanır və avtobioqrafik etiraf xüsusiyyəti daşıyır. Belə romanlarda hadisələr birinci və ya üçüncü şəxsin təkindən nəql oluna bilər. Bu janrın kökləri Tayama Katainin 1907-ci ildə nəşr olunmuş "Yorğan" romanına gedib çıxır. Bu roman ortayaşlı bir rəssamla onun gənc qız tələbəsi arasındakı münasibətlərdən bəhs edir və müəllifin şəxsi təcrübələrinə əsaslandığı güman olunur. 1910-cu illərdə intellektual sfera öz şəxsi narahatlıqlarını daha əhəmiyyətli olduğunu vurğulamağa başladığından bu janr da getdikcə populyarlaşmağa başlayıb. Bu dövrdə mən-roman janrına müraciət edən əsas yazıçılar Çikamatsu Şuko, Şimazaki Toson, "Ağ ağcaqayın" məktəbinin nümayəndələri Muşanokoci Saneatsu və Şiqa Naoya idilər. "Mən-roman" terminin geniş şəkildə işlənməyə başladığı və ayrıca janr kimi təşəkkül tapdığı dövr isə 1920-ci illərə təsadüf edir. Qəbul olunmuş fikirlərə görə bu janrda ənənəvi hekayə və məzmun tələbləri rədd edilir və müəllifin daxili reallığına daha çox önəm verilirdi. Mən-romanın bu konsepsiyası 1920-ci illərdə Marksist ədəbiyyatının güclənməsi və kütlə mədəniyyətinə dair bir neçə janrın yaranması ilə əlaqədər ədəbi dünyadakı çevrilmələrə qarşı reaksiya kimi qəbul oluna bilər.
Mən Azərbaycanlıyam
Mən Azərbaycanlıyam — milli bilik yarışması 2009-cü ildən etibarən Azərbaycan Televiziyasında yayımlanır. Yarışmada yaşı 15-dən 29-a qədər olan bütün ölkə gəncləri iştirak edə bilər. Yarışmada bu günə kimi onlarla Azərbaycan gənci qalib olub. Hər verilişin qalibinə Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən imzalanmış diplom və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən notbuk hədiyyə olunur.
Mən kiməm?
Mən kiməm? (film, 1998) Mən kiməm? (film, 2004) Mən kiməm? (film, 2009) Mən kiməm? (film, 2010) Mən kiməm?
Mən Kubayam
"Mən Kubayam" (rus. Я — Куба; isp. Soy Cuba) — rejissor Mixail Kalatozovun 2 seriyalı filmi. Film bir neçə novelladan ibarətdir. Hər bir hekayədə Kuba adasındakı inqilabi hadisələr zamanı insanların taleyi haqqında söhbət açılır. Gülərüz meyvə satıcısı qonşu qız Mariyaya aşiq olur. Lakin sonra öyrənir ki, o, Betti ləqəbli fahişədir. Betti bir tikə çörək üçün bədənini varlı Amerika turistlərinə satır. Qoca kəndli Pedro sahibkardan öyrənir ki, torpaq "Yunayted Frut" Amerika şirkətinə satılıb. Bundan sonra o, böyük zəhmət hesabına yetişdirdiyi şəkər qamışı sahəsini yandırır.
Mən yaramazam
Mən yaramazam 2010 ABŞ ailə, animasiya filmidir. Qru adlı daş ürəkli və yaramaz adam, dünyanın peyki olan ayı oğurlamaq qərarına gəlir. Ona kiçik kölələri minyonlar da kömək edəcəkdir. Stiv Kerell — Felonius Qru Ceyson Siqel — Viktor "Vektor" Perkins Rassel Brend — Dr. Nefario Miranda Kosqrov — Marqo Culi Endryus — Marlena Qru Dana Ceyer — Edit Elsi Keyt Fişer — Aqnes Vill Arnett — Mister Perkins Kristen Uiq — Miss Hetti Pyer Koffin — Tim, Bob, Mark, Fil, və Stüard Kris Renaud — Deyv, Billi və Lerri Cemeyn Klement — Kevin və Cerri Cek MakBrayer — Karnaval işçisi/Turist ata Ken Conq — Talk Show Host Danni MakBrayd — Fred Makdeyd Mindi Keylinq — Turist ana Mən yaramazam — Internet Movie Database saytında.
Yad et məni (roman)
Yad et məni — Əzizə Cəfərzadənin "Şirvan" trilogiyasının üçüncü və sonuncu kitabı olan tarixi romanı. Müəllif əsərin 1980-ci ildəki ilk nəşrini "Azərbaycanda Sovet hakimiyyəti qurulması uğrunda gedən mübarizədə inqilabın sədaqətli əsgəri" Əliheydər Qarayevin xatirəsinə həsr edib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Ədalət Rəsulova "Türkay" aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı olan "Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı"nda əsər barədə bu cür qeyd edir: "Yazıçının arxiv materiallarından məlum olur ki, romanda adı keçən Ağali Nasih Nişat Şirvaninin uzun müddət axtardığı oğlu olmuşdur." Filoloq Asifə Telmanqızı "Əzizə Cəfərzadənin bədii dünyası" adlı filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasında bu əsər barədə təhlilinin sonunda qeyd edir ki, bu romandan sonra Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı Ə. Cəfərzadəni o qədər ruhlandırmışdır ki, o, Sabir haqqında ayrıca roman yazmışdır ki, bu əsəri bədii tərcümeyi-hal da adlandırmaq olar. "Yad et məni" romanından fərqli olaraq “Sabir” romanı çoxplanlı deyil, təkplanlıdır və şairin həyat və mübarizəsini ön plana çəkir. Romanda XX əsrin əvvəllərində cərəyan edən hadisələrdən danışılır. Burada Abbas Səhhət, Mirzə Ələkbər Sabir və Ağəli bəy Nasehin obrazları yaradılmışdır. Abbas Səhhətin simasında vətəndaşlıq və xeyirxahlıq, Sabirin timsalında fədakarlıq və cəsurluq, Nasehin şəxsində təvazökarlıq və səmimilik kimi mənəvi-əxlaqi keyfiyyətlər inandırıcı detallar və ştrixlərlə əks olunmuşdur. Lakin yazıçı romanda əsas diqqəti A. Səhhətə yönəltməyə çalışmışdır. Filoloq Asifə Telmanqızı "Əzizə Cəfərzadənin bədii dünyası" adlı filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasında bu romanda Abbas Səhhətin simasında konkret bir şəxsin üstün əks olunduğunu, 3 dostun (A. Səhhət, M.Ə. Sabir, A. Naseh) portret cizgilərinin işləndiyini, birincinin xeyirxahlığı, ikincinin cəsurluğu, üçüncünün təvazökarlığının konkret cizgilərlə verildiyini bildirib. Filoloq A.T.Əliyeva "Bakı Universitetinin xəbərləri" jurnalındakı "Əzizə Cəfərzadə yaradıcılığında şifahi xalq ədəbiyyatı motivləri" məqaləsində bu əsərdən bayatı sitat gətirərək müəllifin təsvir etdiyi əhvalatların ruhuna uyğun bayatı seçib işlətməyi sevdiyini qeyd edib.
Yad gəlin (serial, 2020)
Yad Gəlin — Azərbaycanın çoxseriyalı televiziya serialıdır. Hicran adlı qızın toy günü həyat yoldaşını güllələyirlər və ailələr arası davanın böyüməməsi üçün onu rəhmətə gedən oğlanın qardaşına ərə verirlər.
Yad qadının məktubu (novella)
Yad qadının məktubu (alm. Brief einer Unbekannten‎) — Ştefan Svayq tərəfindən 1920-ci illərin əvvəlində yazılmış novelladır. Əsər məktub şəklindədir. Məşhur yazıçıya aşiq olan gizli aşiq məhəbbətini məktubda ifadə edərək yazıçını heyrətləndirir. Novella məşhur roman ustası R.-in ona gələn məktubları yoxlaması ilə başlayır və bir qadının məktubu ilə davam edir. Məktubunda qadın: "Ey məni tanımayan və daima sevdiyim insan, sən" deyə sevdiyinə müraciət edir. Qadının 13 yaşından ona duyduğu saf məhəbbət, 16 yaşında ailəsi ilə başqa yerə köçməsi, lakin bu məhəbbətsiz yaşaya bilmədiyi üçün 18 yaşında yenidən Vyanaya qayıtması, bir-biriləri ilə tanış olmaları məktubda təsvir olunur. Məktubun başlanğıcında qadın uşağının ölümündən bəhs edir. Daha sonra yazıçını ilk dəfə görməsini, hər gün onu güdməsini, yazıçıya hər doğum günündə ağ qızılgüllər göndərməsi haqda yazır. Sevgisini heç vaxt etiraf etməyən qadın, sadəcə, onun xoşbəxtliyi, onunla keçirdiyi xoşbəxt anları və onun oğlu ilə özünü təsəlli edir.
Yad əllərdə: Kindertransport hekayələri
Yad əllərdə: Kindertransport hekayələri (ing. Into the Arms of Strangers: Stories of the Kindertransport) — 2000-ci ildə ABŞ-də istehsal olunmuş sənədli film. Filmdə İkinci Dünya müharibəsi ərəfəsində həyata keçirilmiş "Kindertransport" xilasetmə əməliyyatının tarixindən danışılır. Bu əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Böyük Britaniya təxminən 10.000 gənc qaçqını qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Filmdə Nasist Almaniyasından qaçıb İngiltərədə yaşayan uşaqların göndərdikləri arxivlərdən istifadə edilir. Filmin rejissoru və ssenari müəllifi Mark Conatan Harrisdir. Film 2001-ci ildə “Ən Yaxşı sənədli film” kateqoriyasında "Oskar" mükafatına layiq görülüb. "Yad əllərdə: Kindertransport hekayələri" sənədli filmi 2014-cü ilin dekabrında Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.
Mən Azərbaycanlıyam (yarış)
Mən Fəhləyəm (1975)
Mən Nirvanadayam (albom)
Mən Nirvanadayam (rus. Я в Нирване) – Azərbaycanlı müğənni Aygün Kazımovanın EP albomudur. Aygün Kazımova 90-cı illərin sonlarından başlayaraq, yaradıcılığında rusca mahnılara yer verməyə başlamışdır. Məsələn, "Карие Глаза, "Я и Ты", "Я Девушка Восточная" və s. bu kimi yerli və xarici bəstəkarların əsərlərini ifa etmişdir. Rusca mahnılar ifa etdiyi zamanlarda rusdilli albom təqdim etmək istəsə də bu baş tutmamışdır. “Rusdilli albom arzusu mənim üçün iyirmi il əvvəl yaranmışdı. [...] Ancaq gördüyünüz kimi, xəyalımla vidalaşmadım!” sözlərini yeni albomu üçün "Nargis" jurnalına müsahibəsində söyləmişdir. Uzun müddət yeni rusca mahnı təqdim etməyən ifaçı, ona uğur gətirən "S.U.S." mahnısının rusca versiyası olan "Pust"-u (rus. Пусть), 2018-ci ildə "Jara" (rus.
Mən Sərhədçiyəm (1976)
Mən gəlirəm (mahnı)
Mən əfsanəyəm (film)
"Mən əfsanəyəm" (ing. I Am Legend) 2007-ci il Amerika elmi-fantastik filmi. Riçard Metisonun "Mən əfsanəyəm" əsərinin üçüncü uyğunlaşmasıdır. Rejissor Frensis Lourens, ssenaristlər Akiva Qoldsman və Mark Protoseviçdir. Baş rolda Vill Smitdir (virusoloq Robert Nevill). 2007 il dekabr 14-də buraxılmış film iki gündən sonra ABŞ Boks Ofis nömrə bir filmi oldu. Filmin vaxtı 100 dəqiqədir. Büdcəsi təxminən 150 milyon dollar. Distribütorları Warner Brothers və Village Roadshow-dır. "Mən əfsanəyəm" əsasən 35 millimetrli anamorfot fortmatda çəkilmişdir.
Mən burdayam, İlahi!
Mən burdayam, İlahi! — Tammetrajlı bədii müharibə filmi.Rejissor Qulu Əsgərov tərəfindən 2023-ci ildə ekranlaşdırılmışdır. Film Vətən müharibəsi mövzusunda çəkilib. Müharibədə yaralanan qazinin (Rasim Cəfərov) Üç aylıq komadan ayılır anasının rəhmətə getdiyini və qızının internata himayəyə verildiyini öyrənir. Daha sonra həyatını qaydasına salmağa çalışır ki, övladına sahib çıxa bilsin. Öz qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib. Filmin ilk premyerası 27 sentyabr 2023 Alov qüllələrində yerləşən “Park Cinema” kinoteatrlar şəbəkəsində baş tutub. Filmin ikinci premyerası 9 Noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda yeni yaradılmış kinoteatr binasında baş tutub.
Mən evə qayıdıram
Mən evə qayıdıram — "Salnamə" sənədli filmlər studiyası tərəfindən çəkilişlərinə 2011-ci ildə başlanan və 2014-cü ildə təqdimatı olan rejissor Samir Kərimoğlunun filmi. Yaşar Nurinin çəkildiyi son filmdir. "Mən evə qayıdıram" adlı filmin çəkilişlərinə 2011-ci ilin fevral ayının 26-da Samir Kərimoğlunun rejissorluğu ilə başlanılıb. Rejissor "Bu filmi Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinə" çəkdiyini bildirmişdir. Bu film Xalq artisti Yaşar Nurinin rol aldığı son filmdir. Aktyor filmdə hərbi hissədə çalışan aşpaz obrazını canlandırmışdır. Ekran əsərinin operatoru xüsusi olaraq Almaniyadan dəvət olunub. Filmdə canlı səsyazma sistemindən istifadə olunub. Filmin çəkilişləri Quba rayonu, Kürdəmir rayonu, Xızı rayonu və Sitalçayda aparılıb. "Mən evə qayıdıram" filmi 1990-cı illərədən bəhs edir.
Mən filmləri sevirəm
Mən filmləri sevirəm (ing. I Like Movies) — Çendler Levakın yazıb rejissorluq etdiyi 2022-ci ilin komediya-dram janrındakı Kanada filmi. Filmin diqqət mərkəzində 2000-ci illərin əvvəllərində video mağazada yenicə işə başlamış olan 17 yaşlı kino həvəskarı oğlan Lourensdir. Mən filmləri sevirəm — Internet Movie Database saytında.